84 yaşlı qadını döyüb, pulunu oğurladılar

   84 yaşlı qadını döyüb, pulunu oğurladılar
  08 Fevral 2019    Oxunub:1730
“102 - Zəng Mərkəzi” Xidmətinə fevralın 2-nə keçən gecə Ağcabədi şəhərindəki evlərin birindən oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayon sakini olan 84 yaşlı qadının evinə basqın edən 2 nəfərin onu döyərək oradan 3000 manat pul aparmaları müəyyən edilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanmışdır. İstintaq aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti