Şəmkirdə sərxoş kişi körpələr evindən oğurluq edib

Şəmkirdə sərxoş kişi körpələr evindən oğurluq edib
  08 Fevral 2019    Oxunub:2011
Şəmkir rayon Aşağı Seyfəli kəndində yerləşən körpələr evi-uşaq tərbiyə müəssisəsinin rəhbərliyi Şəmkir Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, gecə oradan 2 ədəd kompyuter, 2 ədəd DVD və digər qiymətli əşyalar oğurlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü, Aşağı Seyfəli kənd sakini Mahir Qurbanov şübhəli qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən oğurlanan əşyalar aşkarlanaraq istintaqa təhvil verilib.

​İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və ifadəsində hadisə vaxtı ağır dərəcəli sərxoş olduğunu və törətdiyi əməldən peşman olduğunu bildirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti