Şamaxıda sürüşmə olub, bəzi sakinlər evlərini tərk edib - VİDEO
Sürüşmə məhəllədaxili yolların dağılmasına da səbəb olub. Nəticədə avtomobillərin gediş-gəlişində çətinliklər yaranib. 100 metr uzunluğu, 50 metr eni olan torpaq kütləsi gün ərzində 15-20 santimetr evlərə doğru hərəkət edir.
Torpaq sürüşməsi nəticəsində 15 ev qəzalı vəziyyətə düşüb. Nəticədə 7 evin sakinləri müvəqqəti olaraq başqa ərazilərə köçmək məcburiyyətində qalıblar.
Rayon fövqəladə hallar komissiyasından bildirilib ki, həmin ərazilərə baxış keçirilib. Komissiyanın rəyindən sonra bu evlərlə bağlı tədbirlər görüləcək. (Xəzər TV)
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


