Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 15-də M.Bəkirovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində 2 evdən pul və mobil telefon oğurlaması da müəyyən edilib.