Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib

Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib
  07 Fevral 2019    Oxunub:3625
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı müzakirə olunub.
Azvision.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclasda çıxış edən akademik Teymur Kərimli ölkə başçısı İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" və Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı sərəncamlar imzaladığını xatırladıb.

Bildirib ki, bu sənədlərin icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrində müvafiq Tədbirlər Planı hazırlanıb.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə əlaqədar AMEA Tədbirlər Planını təsdiq edib və müvafiq tapşırıqlar verib.

Azvision.az



Teqlər: AMEA   Nəsimi  





Xəbər lenti