Bakı Fond Birjasında növbəti hərrac keçirilib

Bakı Fond Birjasında növbəti hərrac keçirilib
  06 Fevral 2019    Oxunub:1719
Fevralın 6-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100673S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Azvision.az -a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4388 AZN (7,26 faiz) olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 576,861,500.00 manat olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7,26 faiz), orta ölçülmüş qiyməti 99.4388 AZN (7,26 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 milyon AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi martın 6-dadır.

Azvision.az



Teqlər: AMB   BFB  





Xəbər lenti