Avtobus qəzası ilə bağlı rəsmi məlumat

  06 Fevral 2019    Oxunub : 1109
Avtobus qəzası ilə bağlı rəsmi məlumat
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) fevralın 6-da səhər saatlarında Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
BDYPİ-dən Azvision.az -a verilən məlumata görə, fevralın 6-da saat 09:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi ərazisində 551 saylı marşrut xətti üzrə hərəkətdə olan “Saz NP37” markalı 99-KU-551 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxıb. Nəticədə mikroavtobus yol kənarında dayanmış “DAF” markalı yük avtomobilinə dəyib.

Qəza nəticəsində xəsarət alan sürücü və üç sərnişin xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DYP   Qəza