Bakıda avtobus qəzasında 10 nəfər xəsarət alıb - Yenilənib

Bakıda avtobus qəzasında 10 nəfər xəsarət alıb -  Yenilənib
  06 Fevral 2019    Oxunub:4699
Bu gün Bakıda TIR-la 551 saylı marşrut avtobusunun toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib:

“Onlardan 6-sı kişi, 4-ü qadındır. 4 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər yaralılardan 3-ü neyro-cərrahiyyə, 2-si travmatologiya, 1-i isə reanimasiyada şöbəsinə yerləşdirilib. Onların vəziyyətləri orta sabitdir”.

***
Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Azvision.az -a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saatlarında 551 saylı sərnişin avtobusunun iştrakı ilə qeydə alınıb. Belə ki, Nəcəfov Elxan Nəcəf oğlunun idarə etdiyi avtobusun əyləc sistemində nasazlıq baş verib və nəticədə qarşıda hərəkətdə olan yük avtomobilinə çırpılıb.



“Avtobusun sürəti çox olmayıb. Qəza nəticəsində xəsarət alanlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib. Onlardan biri artıq evə buraxılıb, 3-nün vəziyyəti normaldır. Həmin daşıyıcı şirkətin rəhbərliyinə buna qədər avtonəqliyyat vasitələrinin vəziyyəti ilə bağlı 2 dəfə xəbərdarlıq edilib. Artıq müəyyən qədər avtonəqliyyat vasitələrinin dəyişdirlməsi prosesinə başlanılıb. Daşıyıcı fiziki şəxs Nəcəfov Kənan Sabir oğludur. Araşdırma bitdikdən sonra nəticəyə uyğun olaraq daşıyıcı şirkətlə bağlı müvafiq tədbir görüləcək.” - deyə N. Allahyarova qeyd edib.

Qeyd edək ki, 551 saylı marşrut avtobusu Avtovağzal metrostansiyasının qarşısından hərəkət edir.

Azvision.az




Teqlər: Avtobus   Qəza  





Xəbər lenti