22 yaşlı oğlan oğurluq üstündə tutuldu
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkmişə məxsus evin birinci mərtəbəsində yerləşən saxlanc yerinə şüşəni sındırma yolu ilə qanunsuz daxil olduğunu, oradan bir ədəd monitor, bir ədəd elektrik təsərrüfat mişarı və su nasosu, bir ədəd video müşahidə kamerası, bir ədəd peyk antena, bir ədəd tonometr (təzyiq ölçən) və fanendaskop (ürək döyüntülərini müəyyən edən cihaz) oğurladığını bildirib.
Oğurlanan əşyaların bir qismi maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Azvision.az