Sınaq imtahanının nəticələri açıqlandı

  05 Fevral 2019    Oxunub : 1314
Sınaq imtahanının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 3-də keçirilən sınaq imtahanının nəticələrini elan edib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1604 nəfərdən 41 nəfəri imtahana gəlməyib. 1563 nəfərin imtahan nəticələri DİM-in internet saytında yerləşdirilib.

Azvision.az

Teqlər: DİM   imtahan