Gəncədə qızı bıçaqlayan şəxs tutuldu

Gəncədə qızı bıçaqlayan şəxs tutuldu
  05 Fevral 2019    Oxunub:1800
Daxili İşlər Nazirliyi Gəncədə qızın bıçaqlanması ilə bağlı rəsmi məlumat yayıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, fevralın 4-də axşam saatlarında Gəncə şəhər sakini N. İsmayılova qarnının daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan S. Cəfərov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, N. İsmayılovaya aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN   Bəçaqlanma  



Xəbər lenti