Bakıda 4 evdən oğurluq edən şəxs saxlanılıb
7-ci Polis Bölməsində E.Əsgərovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun cari ilin yanvarın 25-dən 31-dək olan müddətdə Binəqədi rayonu ərazisində daha 4 mənzildən məişət əşyaları, 3 ədəd velosiped və digər əşyalar oğurladığı məlum olub.
Faktla bağlı 7-ci Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilib.
Oğurluq etmkəkdə şübhəli bilinən bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Binəqədi RPİ və ya 7-ci PB-nə müraciət edə bilərlər.
Azvision.az