228 namizəd direktor olmaq hüququ qazanıb

 228 namizəd direktor olmaq hüququ qazanıb
  04 Fevral 2019    Oxunub:2645
Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb.
Azvision.az xəbər verir ki, müsahibənin nəticələrinə əsasən, 228 nəfər namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb. Müsahibənin nəticələri barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə mərhələsini uğurla başa vurmuş 730 nəfər namizədlə müsahibələr 5 dekabr 2018-ci il – 26 yanvar 2019-cu il tarixlərində keçirilib.

Azvision.az



Teqlər: DİM   Direktor  





Xəbər lenti