Oğurluq edən şəxslər tutuldu

Oğurluq edən şəxslər tutuldu
  04 Fevral 2019    Oxunub:2228
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də Binəqədi qəsəbəsi ərazisindəki mağazaların birindən 120 manat dəyərində laqunda diskləri oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunan İ.Abdullayev saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən yanvarın 31-də rayon ərazisindəki ofislərin birindən televizor və 2 ədəd kamera oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini Ş.Cəfərov saxlanılıb. Bundan başqa Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1500 metr elektrik kabeli və “Hovo” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunan R.Kərimov saxlanılıb.

Eyni zamanda Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 24-də R.Məmmədovun mobil telefonunu dələduzluq yolu ilə almaqda və cari il yanvarın 21-də rayon ərazisində “Toyota” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş H.Fərəcov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti