Ucarda maşınla vurulan piyada ölüb

Ucarda maşınla vurulan piyada ölüb
  04 Fevral 2019    Oxunub:2033
Ucarda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 1-də saat 23 radələrində Ucar şəhərinin ərazisində şəhər sakini Elçin Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Feyruz İbrahimovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ucar RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DIN   Qəza  





Xəbər lenti