Cəlilabadda evdən oğurluq edənlər tutuldu
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Cahid Kazımov və Nizami Mahmudov saxlanılıb. Şübhəli şəxs qismində tutulmuş C. Kazımovun yaşadığı Cəlilabad şəhərinin M.Hadi küçəsində yerləşən evə keçirilən baxış zamanı oğurlanmış əşyalar aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır
Azvision.az