Maşın nömrəsi oğurlayan şəxs tutuldu

  02 Fevral 2019    Oxunub : 1257
Maşın nömrəsi oğurlayan şəxs tutuldu
Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Şıxməmmədov yanvarın 31-nə keçən gecə İ.İsmayılov küçəsində “VAZ-21099” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunan S.Rəsulov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Oğurluq