Azyaşlılara siqaret satan cərimələndi

Azyaşlılara siqaret satan cərimələndi
  02 Fevral 2019    Oxunub:2751
Saatlıda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, fevralın 1-də Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə tədbir keçirilib. Reyd nəticəsində rayonun Şirinbəyli kəndi ərazisində 1 mağaza satıcısının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması aşkar edilib.



Polis əməkdaşları tərəfindən həmin iaşə obyektinin satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub və 100 manat cərimə olunub. Bu istiqamətdə reydlər davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Siqaret  





Xəbər lenti