Şirvanda narkotacir tutulub

 Şirvanda narkotacir tutulub
  02 Fevral 2019    Oxunub:2651
Şirvan şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər əvvəllər məhkum olunmuş 30 yaşlı Toğrul Qaçayev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, onun üzərinə baxış zamanı ayrı-ayrı bükümlərdə ümümi çəkisi 0,808 qram metanfetamin və ümumi çəkisi 4,033 qram olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq T.Qaçayevin kirayə yaşadığı mənzilə baxış keçirilən zaman oradan ümumi çəkisi 32,039 qram heroin, 4,811 qram tiryək, 4,964 qram metanfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Narkotik   Şirvan  





Xəbər lenti