“Şagirdlərin şəxsiyyətinə hörmətlə yanaşılmalıdır” - Ceyhun Bayramov

   “Şagirdlərin şəxsiyyətinə hörmətlə yanaşılmalıdır” -    Ceyhun Bayramov
  01 Fevral 2019    Oxunub:4490
“Şagirdlərlə ünsiyyət qurmalı və onların şəxsiyyətinə hörmətlə yanaşmalısınız. Şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etməlisiniz”.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov 2 Fevral Gənclər Günü münasibəti ilə yüksək nəticə göstərən gənc müəllimlərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, gənc müəllimlər fəaliyyət göstərdiyi məktəblərdə stajlı müəllimlərin təcrübələrindən faydalanmalıdır: “Məktəbdaxili qiymətləndirməni cəza mexanizmi kimi deyil, şagirdlərin təhsilə marağının artırılması kimi istifadə etməlisiniz. Şagirdləri hazırki dövrümüzdən kəskin fərqlənən yaxın gələcəyə hazırlamaq üçün onlara müxtəlif bacarıqları öyrətməlisiniz. Bunun icrası çətin olsa da inanıram ki, bunu müəllimlərimiz bacaracaq”.

Azvision.az


Teqlər: Təhsil   Şagird  





Xəbər lenti