Elman Rüstəmov: “Devalvasiyadan danışmaq qeyri-ciddidir”

 Elman Rüstəmov: “Devalvasiyadan danışmaq qeyri-ciddidir”
  01 Fevral 2019    Oxunub:4113
“2018-ci ilin yekunlarına görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehiyatları 5 faiz artıb. Bu vəsait valyuta bazarından alınmayıb”.
Azvision.az xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, 2018-ci ildə AMB valyuta ehtiyatlarını 300 milyon dollar artırıb və bunun 15 milyon dolları valyuta ehtiyatlarının idarə edilməsindən qazanılıb.

“Devalvasiya barədə danışmaq qeyri-ciddidir” deyən Elman Rüstəmov vurğulayıb ki, bütün proqnozlar makroiqtisadi sabitlik üzərində qurulub və bu il makroiqtisadi sabitliyi təmin etmək üçün kifayət qədər resurs mövcuddur.

“Cari il makroiqtisadi vəziyyət baxımından 2018-ci ilə oxşayır. Neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Mərkəzi Bankın siyasəti aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası əsasında qurulub”, – deyə E.Rüstəmov qeyd edib.

Azvision.az



Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti