“Mercedes”lə xəndəyə düşən sürücünün döş qəfəsi əzilib

 “Mercedes”lə xəndəyə düşən sürücünün döş qəfəsi əzilib
  01 Fevral 2019    Oxunub:2870
Bakı şəhəri Babək prospektində xəndəyə düşən “Mercedes" markalı avtomobilin sürücüsü döş qəfəsinin əziyi diaqnozu ilə 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
AzVision.az -ın məlumatına görə, sürücüyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Babək prospektinin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb. Xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan nəqliyyat vasitəsi tərəfindən dağıdılıb və bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi - “Mersedes” markalı avtomobil xəndəyə düşüb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azərsu   Yol   Qəza  





Xəbər lenti