Ağcabədidə narkotik əməliyyatı

Ağcabədidə narkotik əməliyyatı
  01 Fevral 2019    Oxunub:1748
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Hindarx qəsəbə sakini X.Əsədov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən çəkisi 1 kiloqram 660 qram marixuana da aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti