Məktəblilərin qış tətili başa çatdı

Məktəblilərin qış tətili başa çatdı
  01 Fevral 2019    Oxunub:2013
Azərbaycanda məktəblilərin 5 günlük qış tətili başa çatıb.
Azvision.az xəbər verir ki, bu gündən məktəblərdə dərslər başlayıb.

Qeyd edək ki, 2018/2019-cu tədris ili üçün məktəblilərin qış tətili yanvarın 27-dən 31-nə qədər nəzərdə tutulub. Məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərini əhatə edəcək.

Azvision.az



Teqlər: Məktəb   Dərs  





Xəbər lenti