“Bakı Metropoliteni” yeni vaqonlar alır

“Bakı Metropoliteni”  yeni vaqonlar alır
  31 Yanvar 2019    Oxunub:3972
Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə “Bakı Metropoliteni” QSC arasında 81-765.B/766.B modelli 30 metro vaqonunun tədarükü barədə müqavilə imzalanıb.
Azvision.az xəbər verir ki, müqaviləyə əsasən, 2019-ci ilin sonunadək Bakı metrosu üçün 6 qatar tikiləcək.

Müqaviləni “Metrovaqonmaş”ın baş direktoru Boris Boqatıryov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov imzalayıb. İlk vaqonların bu ilin ikinci rübündə tədarük olunması planlaşdırılır.

Yeni model vaqonlar qapıların açılıb-bağlanması zamanı yeni işıqlandırıcı xəbərdarlıq sisteminə malikdir. Bundan başqa vaqonlar güclü isti və səs izolyasiya sistemi, ventilyasiya ilə təchiz edilib.

Azvision.az


Teqlər: Metro  





Xəbər lenti