Cümhuriyyətlə bağlı kitabın təqdimatı keçirilib

  31 Yanvar 2019    Oxunub : 1115
Cümhuriyyətlə bağlı kitabın təqdimatı keçirilib
30 yanvar 2019-cu ildə Bakı Konqres Mərkəzində “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihənin yekun tədbiri keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi 3 aylıq layihə çərçivəsində indiyədək “Cümhuriyyət – anılar və anlar” adlı, 416 səhifəlik kitab nəşr edilib, habelə Cümhuriyyətin ilk paytaxtı Gəncədəki Gənclər Evində kitabın təqdimat və imza törəni keçirilib.

Bakı Konqres Mərkəzində millət vəkilləri, alimlər, yazarlar və ictimai faəl gənclərin iştirakı ilə 30 yanvarda keçirilən tədbirdə sözügedən kitabla yanaşı, Cümhuriyyətin 100 illiyinə türk dünyasının 100 yazarının təbrikindən ibarət video-çarx da təqdim olunub.

“Cümhuriyyət İli”ndən “Nəsimi İli”nə keçid məzmununda tərtib edilmiş tədbirdə gənc şairlər öz şeirləri ilə də çıxış edib. DGTYB-nin bu tədbiri Cümhuriyyətin lideri Məhəmməd Əmin Rəsulzadənin 135 illik yubiley günü və 2 fevral – Gənclər Günü ərəfəsində keçirilməsi ilə də anlam qazanıb.

Tədbirin sonunda “Cümhuriyyət – anılar və anlar” kitabı müəllif Elmin Nuri tərəfindən oxucular üçün imzalanıb.









Azvision.az

Teqlər: