Elmi Seminar: “Nəsillərin debatı” keçiriləcək

   Elmi Seminar:    “Nəsillərin debatı” keçiriləcək
  31 Yanvar 2019    Oxunub:3439
Psixologiya Elmi-Tədqiqat İnstitutu 2 Fevral - Gənclər Günü münasibətilə "Nəsillərin Debatı - elmin fonunda" adlı layihə təşkil edir.
Layihə çərçivəsində öz sahəsində tanınmış 4 peşəkar şəxs sizin görüşünüzə gələcək:

1. Fuad Əsədov - Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu.
Mövzu: Elm və elmi baxış.

2. Gülər Məmmədova - Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müəllimi, doktorantı.
Mövzu: Gənc nəsillə yaşlı nəslin vəhdəti.

3. Elxan Bəylərov - Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru.
Mövzu: Dəyərlərin dilemması.

4. Səbinə Ələkbərova - Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi.
Mövzu: Gənc düşüncə.

Tədbir Psixologiya Elmi-Tədqiqat İnstitutunun konfrans zalında 2 fevral, saat 12:00-15:00 arası baş tutacaq.

Qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 (What's App da aktivdir).



Teqlər: Seminar   Elm  





Xəbər lenti