Ukraynadan Azərbaycana gətirilən 34 ton ət geri qaytarılıb

Ukraynadan Azərbaycana gətirilən 34 ton ət geri qaytarılıb
  31 Yanvar 2019    Oxunub:2685
2018-ci ilin iyul-dekabr ayları ərzində baytarlıq-sanitariya ekspertizası çərçivəsində baytarlıq müfəttişləri tərəfindən müvafiq nöqsanların aradan qaldırılması ilə bağlı ölkə üzrə 2036 xəbərdarlıq, 30 ton bal dövriyyədən çıxarılmış, yüklərdən təkrar nümunə götürülmə ilə bağlı 99, habelə məhvetmə ilə bağlı icrası məcburi 29 (7750 kq ət; 18792 kq ət məhsulları), məhdudlaşdırıcı 21 tədbirin tətbiqi barədə qərar qəbul edilib.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Gürcüstandan idxal edilmiş Ukrayna mənşəli 34,2 ton mal əti at əti ilə qarışıq olduğu üçün ixracatçı ölkəyə geriyə qaytarılib: "Ölkə üzrə həyata keçirilmiş fitosanitar ekspertizası nəticəsində, bitki bə bitkiçilik məhsullarından 41048 nümunə götürülmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna göndərilib. Aparılmış müayinələrin nəticələrinə əsasən, bitki və bitkiçilik məhsullarında 461 halda karantin və xüsusi təhlükəli zərərli orqanizm aşkar edilib. Aşkar edilmiş zərərli orqanizmlərin təhlükəliliyi nəzərə alınaraq, zərərli orqanizmlərin yayılma arealının müəyyən edilməsi və təcili fitosanitar tədbirlərin görülməsinin zəruriliyi barədə Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib.

Karantin tətbiq edilən zərərli orqanizmlərin təhlükəliliyi nəzərə alınaraq 400 ton kartof və kivi məhsulları olmaqla, ümumilikdə, 17 nəqliyyat vasitəsi İran İslam Respublikasına və Gürcüstan Respublikasına geri qaytarılıb. Həmçinin idxal zamanı karantin tətbiq edilən zərərli orqanizm aşkar olunmuş 153,8 ton, ixrac olunan məhsullar üzrə 4330 kq, monitorinqlər çərçivəsində isə 16,4 ton bitki və bitkiçilik məhsulu məhv edilib. Ümumilikdə, verilmiş fitosanitar icazə sənədləri əsasında 993505,6 ton, 136347 m3 bitki və bitkiçilik məhsullarına fitosanitar baxış keçirilib".

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti