24 yaşlı azərbaycanlı Qazaxıstanda seyf oğurlayıb

 24 yaşlı azərbaycanlı Qazaxıstanda seyf oğurlayıb
  31 Yanvar 2019    Oxunub:2288
Qazaxıstanda oğurluq edən Azərbaycan vətəndaşı saxlanılıb.
Azvision.az xəbər verir ki, bu brədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Almatı şəhərinin Auezov rayonunda Momışulı küçəsində naməlum şəxsin özünü şübhəli aparması polislərin diqqətini cəlb edib. Belə ki, həmin şəxs əlində olan böyük çantanı avtomobilə qoyub hadisə yerindən uzaqlaşan zamanı saxlanılıb.

Çantaya baxış keçirən polis orada seyfin olduğunu müəyyən edib. Aparılan araşdırma zamanı məlum olub ki, 24 yaşlı azərbaycanlı mağazaların birindən seyfi oğurlayaraq gizli yolla çıxarıb. Faktla bağlı cinayət işi açılıb, oğurluqda şübhəli bilinən 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı müvəqqəti saxlanma təcridxanasına aparılıb.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti