Sahibkarlar üçün onlayn təlim keçiriləcək

Sahibkarlar üçün onlayn təlim keçiriləcək
  30 Yanvar 2019    Oxunub:2607
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə sabah mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı onlayn təlim keçiriləcək.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (komyuter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür:

- Kompyuter vasitəsilə: https://zoom.us/client/latest/ZoomInstaller.exe linkinə daxil olmaq və 366599138 parolunu qeyd etməklə;

- iPhone vasitəsilə “App Store”dan “Zoom Cloud Meetings” tətbiqini yükləməklə;

- Android vasitəsilə “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar təlimə istənilən yerdən birbaşa qoşulmaqla yanaşı, Agentliyin Masallı (Masallı Sənaye Məhəlləsi), Quba (Heydər Əliyev Mərkəzi), Qusar (Gənclər Evi), Xaçmaz (Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi), Siyəzən (Gənclər Evi), Gəncə (Gənclər Evi) və Yevlax (Aran Regional İnkişaf Mərkəzi) rayonlarında olan “KOB Dostu” mərkəzlərinə gəlməklə də təlimdə iştirak edə bilərlər.

Təlimlə bağlı əlaqədar şəxs Agentliyin əməkdaşı Adil Əhmədovdur (tel: (055) 525-30-30).

Azvision.az


Teqlər: Sahibkar   təlim  





Xəbər lenti