Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  30 Yanvar 2019    Oxunub:2616
Yanvarın 27-də saat 22 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Z.Əhmədov müəyyən edilməmiş avtomobillə vurulub və hadisə yerində ölüb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ​Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini B.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. ​Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Piyada   Maşın  





Xəbər lenti