“Gömrük əməkdaşları qiymət siyasətinə qarışmayacaq” - DGK sədri

   “Gömrük əməkdaşları qiymət siyasətinə qarışmayacaq” -    DGK sədri
  29 Yanvar 2019    Oxunub:2628
"Fevral ayının 1-dən etibarən ixrac malları üçün minimum qiymətin müəyyənləşdirilməsi sahibkarın səlahiyyətində olacaq"

Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev "Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.
S.Mehdiyev qeyd edib ki, sahibkar hər hansı məhsul üçün özü istədiyi qiyməti müəyyən edəcək: "Bu, cənab Prezidentin tapşırığıdır ki, gömrük xidmətinin əməkdaşları qiymət siyasətinə qarışmayacaq. Sahibkar satmaq istədiyi məhsulu özü müəyyən etdiyi qiymətlə müqaviləyə əsasən bəyan edəcək. Növbəti aydan etibarən sahibkar heç bir gömrük məmurunu görməyəcək. Bütün proseslər tam elektronlaşdırılacaq. Sahibkar öz anbarında özü bəyan edəcək, gömrük plomplarını vuracaq. Yalnız risklərin idarə edilməsi məqsədilə gömrük əməkdaşları sahibkarların 100 nəqliyyat vasitəsindən birinə baxış keçirəcək. Qanun pozuntusu yoxdursa, nəqliyyat vasitəsi "Yaşıl dəhliz"in iştirakçısı kimi yoluna davam edəcək. Yox, əgər hər hansı problem olacaqsa, qanunvericilik qarşısında cavab veriləcək. Əminliklə deyirəm ki, minimum qiymət müəyyənləşdirilməsilə bağlı problem öz həllini tapıb. Fevralın 1-dən etibarən gömrük orqanları ixracla bağlı qiymət məsələsinə qarışmayacaq".

Aytən Zəhra
Azvision.az




Teqlər: DGK   Gömrük   Səfər-Mehdiyev  





Xəbər lenti