Qanunsuz ov edən 4 nəfər saxlanılıb

Qanunsuz ov edən 4 nəfər saxlanılıb
  28 Yanvar 2019    Oxunub:1359
Qanunsuz ov edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz ov edən 2 şəhər sakini saxlanılıb. Onlardan 1 ədəd müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən 2 kənd sakini saxlanılıb. Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.

Azvision.az





Teqlər: Ov   DİN  





Xəbər lenti