Bir ildə 1200-dən çox dövlət əmlakı özəlləşdirilib

 Bir ildə 1200-dən çox dövlət əmlakı özəlləşdirilib
  28 Yanvar 2019    Oxunub:2222
İndiyədək 30-a yaxın elektron hərrac keçirilib, 900-ə yaxın elektron sifariş qəbul edilibdir.
Azvision.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov komitədə keçirilən müşavirədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu dövrdə Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 209 hərrac keçirilib, 1200-dən çox dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.

"Bu sahədə yaradılan imkanlar nəticəsində 75 hərrac rəqabətli şəkildə baş tutub. 2018-ci il ərzində ümumilikdə özəlləşdirmədən 101,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Ötən ildə 4 müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi baş tutub. Həmin müəssisələrə 68 milyon manat investisiya qoyuluşu, 450-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Özəlləşmə ilə bağlı bütün informasiyaları ictimaiyyətə və işgüzar dairələrə çatdıran Özəlləşmə portalına indiyədək baxış sayı 2 milyonu ötüb. Hər il olduğu kimi 2019-cu il üçün də “Özəlləşdirmə gündəliyi” portala yerləşdirilib. Bu sahənin geniş təbliği ilə bağlı regionlarda İşgüzar Forumlar da keçirilib".

Azvision.az



Teqlər: Əmlak   Özəlləşdirmə  





Xəbər lenti