Hökməlidə film kimi oğurluq hadisəsi

 Hökməlidə film kimi oğurluq hadisəsi
  28 Yanvar 2019    Oxunub:2334
Abşeron Rayon Polis İdarəsinə ötən il dekabrın 6-da saat 4 radələrində Hökməli qəsəbəsindəki evlərin birinə pəncərədən girmiş maskalı şəxsin bıçaqla ev sahibəsini hədələyib pul və qızıl əşyalar verməsini tələb etməsi, evdə dəyərli əşya olmadığından oranı tərk etməsi, bir neçə gün sonra təkrarən eyni üsulla həmin evə girib oradan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini H.Bayramov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun qəsəbə ərazisindəki daha bir evə girib oradan 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması, bir müddət sonra təkrarən eyni ünvana pəncərədən girərək ev sahibinin arvadı və qızını quldurluq yolu ilə hədələyib oradan gümüş əşyası aparması da müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti