Biləsuvarda mikroavtobus aşıb - Ölən və yaralılar var

   Biləsuvarda mikroavtobus aşıb -    Ölən və yaralılar var
  28 Yanvar 2019    Oxunub:2400
Biləsuvar rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobus İrandan geri qayıdırmış. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Qəza  





Xəbər lenti