Mlinko Pantiç "Neftçi" üçün oyunu şərh etdi
Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Komandamın göstərdiyi oyundan razıyam, istədiyim kimi mübarizə apardılar. “Neftçi”nin oyunçuları hesabda irəli olduqları halda vaxtı uzadırdılar. 10 nəfərə qarşı mübarizə aparsaq da, “Neftçi” fiziki cəhətdən bizdən zəif idi. Qapıçımız yerli futbolçudur, “Simurq”la oyundan sonra da deyirdilər ki, onu niyə oynadırsan? Mən futbolçu səhvlərini müzakirə etmək üçün yox, ölkə futbolunu qaldırmaq üçün gəlmişəm”.
Nazim Süleymanov, “Neftçi” klubunun baş məşqçisi: “Klubumuzun prezidenti Sadıq Sadıqovun ad günü idi. Dünən onu sözlə, bu gün isə qələbəmizlə təbrik etdik. Oyunçulardan çox razıyam. Saşa Stamenkoviç qırmızı vərəqə aldıqdan sonra komandada ruh düşkünlüyü yarandı. Lakin komanda özündə güc tapdı, oyunu qələbə ilə başa vurdu. Oyunda hər üç qolu özümüz vurduq, ikisini rəqib qapısına, birinə də öz qapımıza”.
Teqlər: