ASAN-da “Azərişıq”-ın 2 yeni xidməti yaradılıb

ASAN-da “Azərişıq”-ın 2 yeni xidməti yaradılıb
  25 Yanvar 2019    Oxunub:1393
"Azərişıq" ASC-nin "ASAN xidmət" və "ASAN Kommunal" vasitəsilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha 2 yeni xidmət əlavə olunaraq onların sayı 15-ə çatdırılıb.
ASC-nin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, yanvarın 25-dən etibarən ölkədəki bütün "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində "Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması" və "Elektrik təchizatının layihələndirilməsi və qurlaşdırılması" xidmətləri fəaliyyətə başlayıb. Şəffaflıq və operativliyin təmin edilməsi, işin asanlaşdırılması məqsədilə "ASAN xidmət" mərkəzlərində yaradılan "Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması" xidməti "Azərişıq" ASC ilə Mənzil Tikinti Kooperativləri (MTK), MMC və digər müəssisələrlə münasibətləri tənzimləyəcək. Bununla da çoxmənzilli yaşayış binalarında mənzil sahiblərinin elektrik şəbəkəsinə qoşulması üçün fərdi qaydada müraciət etmələrinə ehtiyac qalmayacaq, eyni zamanda, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq onlardan qoşulma haqqı tələb edilməyəcək. Həmçinin MTK sahibləri də sənədləşmə işini yerində həll edə biləcəklər.

"ASAN xidmət" vasitəsilə yeni yaradılan "Elektrik təchizatının layihələndirilməsi və quraşdırılması" xidmətinə gəldikdə isə burada sahibkarların tikəcəyi və ya quraşdıracağı yarımstansiyalar, transformatorlar, elektrik xətləri, obyektlərin daxili və xarici elektrik təchizatı layihələndiriləcək və onun əsasında tikinti quraşdırma işlərinin həyata keçirilməsi təklif olunacaq.

İndiyədək bir sıra Mənzil Tikinti Kooperativləri çoxmənzilli binalara ümumi texniki şərt əldə edir, bəzi hallarda əhali abonentlərdən enerji haqqının ödənişi, qeyri-əhalinin ödənişi kimi qeydə alınır, sayğacla təmin edilmə prosesində vətəndaşlardan "Azərişıq” ASC-yə adiyyəti olmayan əlavə vəsait tələb edilir, bu isə vətəndaşların narazılığına səbəb olurdu.

Azvision.az


Teqlər:





Xəbər lenti