Məktəblərdə qış tətili başlayır

Məktəblərdə qış tətili başlayır
  25 Yanvar 2019    Oxunub:2162
Yanvarın 27-dən ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə qış tətili başlayır.
Təhsil Nazirliyindən Azvision.az -a bildiriblər ki, qış tətili yanvarın 27-dən 31-dək davam edəcək.

Qeyd edək ki, ümumtəhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də sona çatır. Tədris ilinin birinci yarımili sentyabrın 15-dən yanvarın 26-dək, ikinci yarımili isə fevralın 1-dən iyunun 14-dəkdir.

Azvision.az


Teqlər: Məktəb   Tətil  





Xəbər lenti