Bu il 50 yol infrastrukturu layihəsi icra olunacaq

Bu il 50 yol infrastrukturu layihəsi icra olunacaq
  25 Yanvar 2019    Oxunub:1573
“2019-cu ildə ilkin mərhələdə ümumi uzunluğu min km-dən artıq olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq”.
AzVision.az xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov qurumun 2018-ci ilin yekunlarına və 2019-cu il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclasında çıxışı zamanı deyib.

S.Məmmədov qeyd edib ki, bundan başqa respublika əhəmiyyətli və magistral yolların da tikintisi aparılacaq və maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə 270 adda yeni maşın və mexanizmin alınması nəzərdə tutulub.

AzVision.az


Teqlər: AAYDA   Yol  





Xəbər lenti