Arvadını öldürən 76 yaşlı kişinin meyiti tapıldı

  Arvadını öldürən 76 yaşlı kişinin meyiti tapıldı
  25 Yanvar 2019    Oxunub:3873
Ötən ilin dekabrında İsmayıllı rayonunun Gəraybəyli kəndində həyat yoldaşı 1953-cü il təvəllüdlü Əzizə Axundovanı öldürən yerli sakin Axundov Hacalı Qasım oğlunun meyiti tapılıb.
Azvision.az -ın məlumatına görə, onun cəsədi İsmayıllı rayonu ərazisində yerləşən Aşıqbayramlı gölündə aşkar edilib. 1943-cü il təvəllüdlü H.Axundovun özünü gölə ataraq intihar etdiyi bildirilir.

Qeyd edək ki, 2018-ci ilin dekabr ayında Gəraybəyli kəndində qətl hadisəsi baş verib. Bakı şəhər sakini Əzizə Axundova kənddəki evində kəndirlə boğularaq öldürülüb. Qətli törədən şəxs əvvəlcə onun başına küt alətlə vurub, sonra isə boğub. 65 yaşlı qadının meyiti evinin həyətində tapılıb.

İlkin araşdırma nəticəsində qətl hadisəsinin Ə.Axundovanın həyat yoldaşı tərəfindən törədildiyi məlum olub. Cinayəti törədən şəxs hadisə yerindən qaçdığından onu tapmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Qətl   İsmayıllı  





Xəbər lenti