Erməniləri məğlub etdik

Erməniləri məğlub etdik
  10 Noyabr 2013    Oxunub:1673
Azərbaycan güləşçiləri erməni rəqiblərini məğlub etdilər.
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Kuboku turnirinə yekun vurulub.

AzVision.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qrup mərhələsində Rusiya və Türkiyə milliləri ilə yarışan yunan-Roma güləşi üzrə yığma komandamız Türkiyəyə 4-3 hesabı ilə qalib gəlsə də, ev sahibi Rusiyaya 3-4 hesabı ilə uduzub. Türkiyə isə öz növbəsində Rusiyadan güclü olub 4-3.

Belə də bütün komandalarda qələbə sayı eyni olduğundan, güləşçilərin qazandıqları xallar hesablanıb və yığmamız qrupda 3-cü yeri tutub.

5-ci yer uğrunda görüşdə isə güləşçilərimiz diğər yarımqrupun 3-cüsü olan Ermənistan kollektivi qarşılaşıb və rəqibini 5-2 hesabı ilə məğlub edib.


Teqlər:





Xəbər lenti