Ötən il 14 minə yaxın həyət evi tikilib

   Ötən il 14 minə yaxın həyət evi tikilib
  23 Yanvar 2019    Oxunub:2644
2018-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2084,7 min kvadrat metr və ya ötən illə müqayisədə 3,3 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, il ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 1313,8 milyon manat olmuş, onun 252,3 milyon manatı dövlət, 1061,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 2018-ci ildə 13,7 min fərdi yaşayış evi tikiblər ki, onların 23,3 faizi Bakı şəhərində, 19,5 faizi Naxçıvan Muxtar Respublikasında, 4,0 faizi Masallı, 3,9 faizi Sabirabad rayonlarında, 49,3 faizi isə ölkənin digər şəhər və rayonlarında inşa edilib.

Azvision.az



Teqlər: DSK   Ev  





Xəbər lenti