Qəzaya düşən “Hyundai” üç piyadanı vurdu

Qəzaya düşən “Hyundai” üç piyadanı vurdu
  22 Yanvar 2019    Oxunub:1914
Yanvarın 21-də saat 19 radələrində Qusar şəhəri ərazisində İmamqulukənd kənd sakinləri - Elşad Aslanxanovun və Azad Şıxqayıbovun idarə etdikləri “Hyundai” və “VAZ-21154” markalı avtomobillər toqquşub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, sonradan E.Aslanxanov idarəetməni itirdiyindən yaxınlıqda olan şəhər sakinləri Samir Salmanovu, İdris Seyfullayevi və Kamran Sədiyevi vurub.

Nəticədə S.Salmanov hadisə yerində ölüb, digər 2 piyada xəstəxanaya yerləşdiriliblər. Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti