Maştağa evi qəsdən yandıran 4 nəfər tutuldu
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Həsənağa Ələkbərov və onun qardaşı Cəlalət, qəsəbə sakini Hüseyn Novruzov və Şüvəlan qəsəbə sakini Zaur İsayev müəyyən edilərək saxlanılıblar. Şəxsi axtarış zamanı H.Ələkbərovdan kustar üsulla hazırlanmış bıçaq aşkar edilərək götürülüb. İstintaq və əməliyyat tədbirləri aparılır.
Azvision.az