Bir gündə 111 cinayət törədilib

   Bir gündə 111 cinayət törədilib
  22 Yanvar 2019    Oxunub:2316
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətinaçılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti