Azərbaycanda avtomobil istehsalı 31 dəfə artıb

   Azərbaycanda avtomobil istehsalı 31 dəfə artıb
  22 Yanvar 2019    Oxunub:2993
2018-ci ildə Azərbaycanda avtomobil istehsalı 31 dəfə artıb.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 282 milyon manatlıq məhsul istehsal edilib.

Qeyd edilib ki, 2017-ci illə müqayisədə avtomobil istehsalı 31 dəfə artıb, maşın və avadanlıqların istehsalı 19,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 67,3 faiz azalıb. İl ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı, 1303 ədəd traktor, 973 ədəd minik avtomobili istehsal olunub, mancanaq dəzgahlarının istehsalı 2,2 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 1,2 faiz isə artıb.

Azvision.az



Teqlər: Statistika   Komitə   Avtomobil  





Xəbər lenti