Azərbaycanda ÜDM-nin həcmi artıb

Azərbaycanda ÜDM-nin həcmi artıb
  21 Yanvar 2019    Oxunub:2934
2018-ci ildə Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 2017-ci illə müqayisədə 1,4% artaraq 79 797,3 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ötən il əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5% artaraq 8 126,2 manat və yaxud 4 780,1 ABŞ dolları təşkil edib.

Hesabat dövründə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 1,8%, neft sektorunda isə 0,6% artıb.

ÜDM-in 44,2%-i sənayedə, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,0%-i tikintidə, 6,3%-i nəqliyyat və anbar təsərrüfatı, 5,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 15%-i digər sahələrdə formalaşıb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,8%-ni təşkil edib.

Azvision.az



Teqlər: DSK   ÜDM  





Xəbər lenti