Astarada ruhi xəstə 2 yardımçı təsərrüfatı yandırıb

Astarada ruhi xəstə 2 yardımçı təsərrüfatı yandırıb
  21 Yanvar 2019    Oxunub:2483
Yanvarın 19-na keçən gecə Astara rayonunun Motlayataq kənd sakini T.Abdulova məxsus yardımçı təsərrüfat yanıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla təsərrüfatın qəsdən yandırıldığı müəyyən edilən və yanğını törətməkdə şübhəli bilinən kənd sakini, ruhi xəstə Vahid Həzrətzadə saxlanılaraq Lənkəran rayon ruhi-əsəb psixonevroloji dispanserinə yerləşdirilib.

Polis əməkdaşları tərəfindən onun yanvarın 17-də həmkəndlisi S.Muradova məxsus yardımçı təsərrüfatı yandırması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   Yanğın  





Xəbər lenti