4 keçmiş məhkum narkotiklə "ilişdi"

4 keçmiş məhkum narkotiklə "ilişdi"
  21 Yanvar 2019    Oxunub:2313
Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Fikrət Cabbarov narkotik vasitə satarkən cinayət başında yaxalanıb, ondan 17 qram tiryək götürülüb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 5 kiloqram 655 qram tiryək və 10 qramdan artıq metamfetamin götürülüb.

Bundan başqa Hacıqabul RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qubalıbaloğlan kənd sakinləri, əvvəllər məhkum olunmuşlar İbrahim İsmayılovdan 41,469 qram tiryək, Həşim Talıbovdan 1,553 qram heroin və 350 qram marixuana götürülüb.

Eyni zamanda Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Bağırovdan 430 qram marixuana götürülüb.

Azvision.az



Teqlər:





Xəbər lenti